Məxfilik Bəyanatı

 

Bu məxfilik bəyanatı www.ingiltere.site platformasında toplanan şəxsi məlumatların toplanması, saxlanması və istifadəsi qaydalarını izah edir. Saytımıza daxil olmaqla və ya xidmətlərimizdən istifadə etməklə, aşağıda göstərilən şərtlərlə razılaşmış olursunuz.

 

1. Məqsəd

İstifadəçilərimizin şəxsi məlumatlarının qorunması bizim üçün önəmlidir. Bu bəyanatın məqsədi — sizin bizimlə paylaşdığınız məlumatların necə və hansı hallarda istifadə ediləcəyini izah etməkdir.

 

2. Toplanan Məlumatlar

Saytımızdan istifadə zamanı aşağıdakı məlumatlar toplanıla bilər:

  • Ad, soyad
  • E-mail ünvanı
  • Əlaqə nömrəsi
  • Şirkət adı (əgər qeyd edilibsə)
  • İP ünvan və istifadə etdiyiniz cihaz haqqında texniki məlumat

Bu məlumatlar əsasən bizimlə əlaqə saxladığınız zaman və ya qeydiyyat zamanı toplanır.

 

3. Cookie-lərdən istifadə

Saytımız cookie texnologiyasından istifadə edir. Bu texnologiya sizə daha fərdiləşdirilmiş və sürətli istifadə təcrübəsi təqdim etmək üçün nəzərdə tutulub. Cookie-lər vasitəsilə biz istifadəçi davranışlarını analiz edə və saytımızı təkmilləşdirə bilirik.

İstifadəçi olaraq brauzerinizin ayarlarında cookie-ləri bloklaya və ya silə bilərsiniz, lakin bu halda saytın bəzi funksiyaları məhdud işləyə bilər.

 

4. Məlumatların istifadəsi

Toplanan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə oluna bilər:

  • Xidmətlərimiz barədə sizi məlumatlandırmaq
  • Sual, müraciət və ya sifarişlərinizi emal etmək
  • Hesabat və statistik analiz aparmaq
  • Hüquqi tələblərə əməl etmək

Məlumatlarınız üçüncü şəxslərlə paylaşılmır, yalnız qanunvericiliklə tələb olunarsa, aidiyyəti dövlət orqanlarına təqdim edilə bilər.

 

5. Məlumatların qorunması

Məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün texniki və təşkilati tədbirlər görürük. Bu məlumatlar yalnız səlahiyyətli şəxslərin girişinə açıq şəkildə qorunan serverlərdə saxlanılır.

 

6. İstifadəçi məsuliyyəti

Əgər siz platformamız üzərindən digər şəxslərə və ya qurumlara qarşı etik olmayan, hüquqi məsuliyyət doğura biləcək mesajlar göndərsəniz və ya sistemin fəaliyyətini pozmağa cəhd etsəniz, www.ingiltere.site olaraq bu davranışa qarşı lazımi hüquqi və texniki tədbirlər görmək hüququnu saxlayırıq.

 

7. Əlaqə

Məxfilik siyasəti ilə bağlı sual və ya təklifləriniz üçün bizimlə bu ünvandan əlaqə saxlaya bilərsiniz

  • Email: info@ingiltere.site
  • Telefon / WhatsApp: +44 7480 341839

Bu bəyanat istənilən vaxt yenilənə bilər. Yeniliklər bu səhifədə dərc ediləcək və qüvvəyə mindiyi tarixdən etibarən keçərli sayılacaq.